İsrail ordusu Aytarun qəsəbəsini raketlə hədəf alıb.
Məlumata görə, İsrail ordusu gecə boyu Aytarun qəsəbəsində ağır və orta silahlarla "patrul xidməti" aparıb. Səhər saatlarında isə atəşkəsi pozaraq qəsəbəni raketlə vurub. Hücum nəticəsində bölgədə qorxu və panika yaşanıb, vətəndaşlar evlərini tərk etmək məcburiyyətində qalıb.
Livan və İsrail arasında əldə edilən atəşkəs razılaşması noyabrın 27-də, saat 04:00-da qüvvəyə minib. Lakin İsrail tərəfi atəşkəsi indiyədək ən azı 136 dəfə pozub. Hücumlar nəticəsində 14 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
Hizbullahın Baş katibi Naim Kasım İsrailin çoxsaylı qanun pozuntularına baxmayaraq, atəşkəsin davam etməsi üçün səy göstərdiklərini qeyd edib.
Mənbə: Trt Haber
Tərcümə etdi: Gülçin Abdullayeva