İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 32 nəfər artaraq 44 min 612-yə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 427 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 32 nəfərin həyatını itirdiyi, 95 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 612-yə, yaralıların sayı isə 105 min 739-a yüksəlib.
Mənbə: a haber
Tərcümə etdi: Səma İsmayılova