Bu gün:

Makron Barnier hökumətinin dağılmasından sonra müraciət edəcək


Fransa prezidenti Emmanuel Makron, Baş nazir Mişel Barnierin etimadsızlıq səsverməsi ilə devrilməsindən bir gün sonra, cümə axşamı gecə xalqa müraciət edəcək.

Müdafiə naziri Sebastien Lekornu, daxili işlər naziri Bruno Retailleau və mərkəzçi keçmiş prezidentliyə namizəd Fransua Bayrou da daxil olmaqla, cümə axşamı səhər Barnier istefa vermədən əvvəl yeni baş nazir üçün adlar səsləndirilirdi.

Ancaq böyük parlament fraksiyalarından biri tərəfindən dərhal vurulmayacaq bir adın tapılması, keçmiş baş nazir Qabriel Attalın iki ay müddətində müvəqqəti olaraq qaldığı yayda olduğu kimi bir müddət çəkə bilər.

Çox güman ki, Barnierdən müvəqqəti olaraq vəzifədə qalması istənəcək.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et