2017-ci ildə ilk xarici səfərini Səudiyyə Ərəbistanına edən Donald Tramp, 2024-cü ilin yanvar ayında başlayacaq ikinci prezidentlik dövrünə isə Fransa səfəri ilə başlayacaq.
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, ilk xarici səfərini Fransaya edəcəyini açıqlayıb. Bu səfərin məqsədi 2019-cu ildə baş verən yanğında ciddi zərər görüb və təmir olunan tarixi Notr-Dam Kilsəsinin açılış mərasimində iştirak etməkdir.
Dünyaca məşhur olan bu tarixi ibadətgah, yanğın sonrası aparılan bərpa və restavrasiya işləri tamamlandıqdan sonra 7 dekabr şənbə günü keçiriləcək rəsmi mərasimlə yenidən ibadətə açılacaq. Donald Tramp,Truth Social platformasında etdiyi açıqlamada, Notr-Dam Katedralinin rəsmi açılış mərasimi üçün Parisə gedəcəyini bildirib. O, “Möhtəşəm və tarixi Notr-Dam Kilsəsinin yenidən açılışına qatılmaqdan şərəf duyacağımı ifadə etmək istəyirəm. Emmanuel Makron, Notr-Damın əvvəlki əzəmətini və daha da artığını təmin edərək möhtəşəm bir iş gördü. Bu, hər kəs üçün çox xüsusi bir gün olacaq,” deyə qeyd edib.
Beləliklə, Tramp 5 noyabr seçkilərində ABŞ Prezidenti seçildikdən sonra ilk xarici səfərini Fransaya edəcək.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Çimnaz Həmzəliyeva