Bu gün:

Almaniyadan Ukranyaya hərbi yardım


Rusiya-Ukrayna müharibəsindən sonra Kiyevə gözlənilməz səfər edən Almaniya kansleri Olaf Şolz müharibədə gərginliyi artıracaq addım atıb. Ukrayna prezidenti Vladimir Zelenkiy ilə görüşündə Almaniya kansleri Olaf Şolz Ukraynaya 650 milyon avro dəyərində silah yardımı edəcəyini açıqlayıb. Şolz sosial media hesabındakı paylaşımında Kiyevə gəlişinin fotosunu paylaşıb. Kiyevdə vağzalda qarşılanan Almaniya kansleri Şolz əlindəki çamadanla qatardan düşüb.

Şolz paylaşımında, "Ukrayna bizə etibar edə bilər. Biz nə edəcəyimizi deyirik və dediyimizi edirik. Bunu bir daha aydınlaşdırmaq üçün bu axşam Kiyevə yola düşdüm. Özünü müdafiə edən bir ölkədən qatarla keçdim. 1000 gündən artıq Rusiya işğalçı müharibəsi”,- deyə bildirib. Almaniyanın Ukraynanın Avropada ən güclü dəstəkçisi olmağa davam edəcəyini vurğulayan Şolz, dekabrda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə 650 milyon avro dəyərində yeni müdafiə avadanlığının tədarükünü açıqlayacağını bildirib.

Mənbə: A haber

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et