Bu gün:

Tramp transseksualları ordudan qovacaq


ABŞ seçkilərində qalib gələn Donald Tramp müdafiə mənbələrinin bildirdiyinə görə bütün transseksual əsgərlərin ordudan qovulmasına səbəb olacaq fərman verməyi planlaşdırır. Orduda olan təxminən 15 min transgender üzvün tibbi olaraq tərxis olunacağı və xidmətə yararsız elan ediləcəyi bildirilir. LGBTİ+ hərbçiləri və veteranları adından kampaniya aparan Amerika Müasir Hərbi Assosiasiyasının icraçı direktoru Reyçel Branaman, "Transseksual qadağanın həyata keçirilməsi ordunun hazırlığını zəiflədəcək",- deyə bildirib. 


Sərəncam yanvarın 20-də, Trampın Ağ Evə qayıtdığı ilk gün gələ bilər.

Transgender olan təxminən 15,000 aktiv vəzifəli personalın olduğu güman edilir. Bu şəxslər tibbi olaraq buraxılacaq və xidmətə yararsız hesab olunacaqlar. Bu, həmçinin transgenderlərin orduya qoşulmasına qadağa qoyulmasına gətirib çıxaracaq və Amerika silahlı qüvvələrinin demək olar ki, bütün qollarının işə götürmə hədəflərinə çata bilmədiyi bir vaxta təsadüf edəcək.

78 yaşlı Trump, orduda "oyanma" təcrübələrinə qarşı çıxıb və bəzi yüksək rütbəli zabitlərin müharibə ilə mübarizə aparmağı planlaşdırmaqdan daha çox müxtəliflik, bərabərlik və inklüzivlik ilə maraqlandıqlarını söyləyib. Bu qadağanın Trampın prezidentlik dövründə transseksualların silahlı qüvvələrə qoşulmasına qadağa qoyduğu, lakin artıq xidmət edənlərə öz işlərini saxlamağa icazə verdiyi ilk prezidentlik dövründəki oxşar sərəncamdan daha geniş əhatəli olacağı gözlənilir. Adının açıqlanmasını istəməyən ABŞ Hərbi Hava Qüvvələrinin kiçik zabiti, "Mənim karyeramda bu təcrübə ilə çox az adam var və geniş miqyaslı fövqəladə vəziyyətdə mənim gətirdiyim təcrübə səviyyəsini əvəz etmək çətin olacaq",-deyə bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrində analitik vəzifəsində çalışan transseksual Paulo Batista bildirib ki, bu qadağa onun karyerasına erkən son qoymaqla yanaşı, bütün qüvvələrdə qarışıqlıq yaradacaq.

"Müqaviləmin bitməsinə dörd il qalıb" deyən Batista, "Bu, 15 min rəhbər vəzifəsi deməkdir, hər birimiz mühüm rol oynayırıq",- bildirib.


O, çıxışına belə davam edib: “Heç bir pul xərclənmir, sadəcə olaraq, cari təmir işləri aparılır. Çağırışçılarda yalnız yüngül hormon çatışmazlığı var, lakin daha böyük şəkil ondan nə qədər insanın təsirlənəcəyidir”.


Mənbə:NTV


Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et