Bu gün:

Alfred Nobel kimdir?


Alfred Nobel 1833-cü ildə Stokholmda mühəndis İmmanuel Nobel və Andriette Ahlsellin ailəsində anadan olub.

Atası İmmanuel əsgərlər üçün yastıq və xilasedici jilet kimi də istifadə oluna bilən xüsusi bel çantası icad edirdi. Lakin 1833 cü ildə iflasa uğrayan İmmanuel 1837-ci ildə borc sahiblərindən qurtulmaq üçün Rusiyanın Sankt-Peterburq şəhərinə qaçdı. Sonrakı beş il ərzində aristokrat ailədən olan ana Andriette ailənin qayğısına qalmaq və ərzaq mağazası işlədərək çörək pulu qazanmaq üçün Stokholmda qalmalı oldu.


İnqrid Karlberqin yazdığı tərcümeyi-hala görə, həyatı boyu 355 ixtiraya patent verən Alfred Nobel ibtidai sinifdə öyrənmə qüsuru olan uşaqlar üçün açılan sinifə yerləşdirilmişdir. 


Atası İmmanuel Nobel Sankt-Peterburqda rus ordusunun donanmasını dəniz minalarından istifadə etməyə razı salıb. Bu minalar 1853-1856cı illər Krım müharibəsi zamanı Sankt-Peterburqda Britaniya hərbi gəmilərinin hücumlarından qorunması üçün istifadə olunurdu. 


İmmanuel Nobelin işləri yaxşıya doğru gedir və 1842-ci ildə ailəsi Rusiyaya gələrək ona qoşulur. Burada Alfred və bacılarına özəl repetitorlar tərəfindən elm və müxtəlif dillər öyrədilir. 1850-ci ildə Alfredin kimya üzrə təhsilini dəvam etməsi üçün atası onu Parisə göndərir. Alfred Nobel burada nitroqliserinin yaradıcısı Ascanio Sobrero ilə tanış olur. 


1863-cü ildə Krım müharibəsinin bitməsi ilə Rusiyadakı biznesi dayanan İmmanuel Nobel yenə də iflasa uğrayır və bunun üzərinə o, Stokholma qayıdır. İmmanuel və oğlu Alfred burada nitroqliserin üzərində eksperimentlər aparmağa başladılar. Bir il sonra bu kimyəvi maddənin saxlandığı emalatxanada partlayış baş verib və Alfredin qardaşı Emil də daxil olmaqla bir neçə nəfər həyatını itirir. Bundan sonra Stokholm səlahiyyətliləri şəhər sərhədi daxilində partlayıcı maddələrlə eksperimentlərin aparılmasına qadağa qoyur. İmmanuel və Alfred ikili emalatxanalarını Stokholm kənarındakı Vinterviken körfəzinə köçürdülər.


1866-cı ildə Alfred Nobel nitroqliserini isveç dilində “kieselguhr” adlanan incə qumla qarışdıraraq sabitləşdirmənim mükəmməl yolunu tapıb. Bu qarışım çubuq halına dönüşə bilən bir pasta halına dönüşə bilib. Lazımi yerə yerləşdirildikdən sonra isə partlayaraq ətrafındakı əşyaları rahatlıqla parçalaya bilib. Nobel, bu yeni partlayıcıya “dinamit” adını verib və 1867-ci ildə patentini alıb. 


Dinamit bütün dünyada mədənçilikdə, tikinti söküntülərində, eləcə də yol və dəmir yolu tikintisində istifadə olunmağa başlanıb.


1898-ci ildə İspaniya-Amerika müharibəsi zamanı "dinamit silahı" kimi tanınan silahda da dinamit istifadə edilib.


Mənbə: BBC

Tərcümə etdi: İbrahim Çobanlı


Paylaş
Şərh əlavə et