
Tarixçilər və alimlər İsanın həyatının bir çox aspektlərini müzakirə etsələr də, əksəriyyəti onun əsasən hansı dildə danışdığı barədə həmfikir deyillər.
Alimlər ümumiyyətlə İsanın əsl tarixi şəxsiyyət olması ilə razılaşsalar da, İncildə təsvir olunduğu kimi onun həyatının hadisələri və şərtləri ətrafında mübahisələr uzun müddətdir davam edib.
Xüsusilə, indiki Fələstinin cənub hissəsində yerləşən Yəhudeya krallığında eramızın birinci əsrində yaşayan bir insan kimi İsanın hansı dildə danışdığı ilə bağlı keçmişdə bəzi çaşqınlıqlar mövcuddur.
İsanın üstünlük verdiyi dil məsələsi 2014-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu və Papa Fransisk arasında pontifikin səfərdə olarkən Qüdsdə keçirilən ictimai görüş zamanı gündəmə gəlib. Tərcüməçi vasitəsilə Papa ilə danışan Netanyahu bəyan edib: “İsa burada, bu torpaqda idi. İbranicə danışırdı”.
Əksər din alimləri və tarixçilər Roma Papası Fransisklə həmfikirdirlər ki, tarixi İsa əsasən aramey dilinin Qaliley dialektində danışırdı. Ticarət, işğallar və fəthlər vasitəsilə aramey dili eramızdan əvvəl 7-ci əsrdə çox uzaqlara yayıldı.
Eramızın birinci əsrində bu dil dini elitadan fərqli olaraq adi yəhudi xalqı arasında ən çox istifadə olunan dil idi və İsa və şagirdləri arasında gündəlik həyatlarında istifadə olunma ehtimalı yüksək olardı.
Lakin, Netanyahu məntiqi baxımdan da düzgün idi. Aramey dili ilə eyni dil ailəsindən olan ibrani dili də İsa tərəfindən geniş istifadə olunduğu güman edilir. Bugünkü Latın dilinə bənzər, ibrani dili din alimləri və müqəddəs kitablar, o cümlədən İncil üçün seçilmiş dil idi.
İsa çox güman ki, ibrani dilini başa düşürdü. Əhdi-Cədidin ilk dörd kitabından Matta və Mark İncillərində İsanın aramicə termin və ifadələrdən istifadə etdiyi qeyd olunub, Luka 4:16-da isə ona sinaqoqda İncildən İbrani dilini oxuduğu göstərilib.
Mənbə: History.com
Tərcümə etdi: Sona Osmanova
