Bu gün:

Atom Enerjisi Agentliyi İrana niyə gedib?


Atom Enerjisi Agentliyi İrana niyə gedib?

Orta Şərqdə qarşıdurmalar davam edərkən, ABŞ-da yeni seçilmiş Donald Tramp hələ vəzifəyə başlamadan İranın nüvə proqramı yenidən gündəmə gəldi. Keçən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri, yoxlama qruplarının nüvə proqramına çıxışını bərpa etmək məqsədilə İrana səfər etmişdi. Tehran isə bu səfərin İsrailin təzyiqi ilə edildiyi iddialarını təkzib etdi. 

“Beynəlxalq Atom Enerjisi Agentliyinin son səfəri, Sionist rejimin təhdidləri ilə heç bir əlaqəsi yoxdur. Brifinqin əvvəlində açıq şəkildə bildirildiyi kimi, Sionist rejimin təhdidləri beynəlxalq hüquqa tamamilə ziddir və İran İslam Respublikası tərəfindən uyğun şəkildə cavablandırılacaqdır. Bunun səbəbi İsrailin təzyiqi deyil, bizim xoş niyyətimizdir.”

Bu açıqlamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqay, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Mariano Qrossinin səfəri ilə bağlı verib.

“Xüsusilə nüvə məsələsi ilə bağlı heç bir müzakirənin boşluqda həyata keçirilməsi təbii bir şeydir. İran İslam Respublikası xoş niyyətini göstərdi. Hörmətli xarici işlər naziri açıq şəkildə bir tweetlə indi Avropanın növbədə olduğunu bildirdi. Beynəlxalq Nüvə Enerjisi Agentliyinin başçısının səfəri faydalı və müsbət bir səfər oldu və yaxşı anlaşmalar gətirdi.”

İranlı sözçü İsrail kimi bir dövlətin Birləşmiş Millətlərə üzv olmaması gərəkdiyini də bildirdi.

“Birləşmiş Millətlərin prinsiplərini və məqsədlərini, beynəlxalq normaları və tənzimləmələri, qlobal cəmiyyətdə sülh içində bir arada yaşamağı əsaslı şəkildə rədd edən və başlanğıcda başqa bir xalqın haqlarını oğurlamaq və pozmaq məqsədilə qurulmuş bir rejim beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-də üzv olmağa layiq deyildir.

Mənbə:CNN TÜRK
Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et