
İsrailin Qəzzaya hücumlarında həyatını itirənlərin sayı 43 min 799-a yüksəlib.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 35 nəfər artaraq 43 min 799-a çatıb. Qəzzadakı səhiyyə azirliyindən verilən açıqlamada İsrailin 407 gündür Qəzza Zolağına davam edən hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzza Zolağının müxtəlif bölgələrində həyata keçirdiyi “3 qətliamda” 35 nəfərin həyatını itirdiyi, 111 nəfərin yaralandığı bildirilib.
7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza Zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 43 min 799-a, yaralıların sayı isə 103 min 601-ə yüksəlib.
Açıqlamada əlavə olaraq, hələ də dağıntılar altında və yol kənarlarında cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneələri səbəbindən tibb işçiləri və mülki müdafiə qruplarının cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Mənbə:CNN türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
