
Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. ABŞ-ın Ukraynaya uzunmənzilli raketlərin Rusiya ərazisində istifadəsinə icazə verməsindən sonra qəbul edilən qərar dünya paytaxtlarında narahatlıq yaradıb. Qərardan sonra Kremlin verdiyi açıqlamada Rusiyanın suverenliyinə təhlükə yaranacağı təqdirdə "nüvə silahından istifadə etmək hüququnu özündə saxladığı" bildirilib.
Hökumətin saytında dərc olunan sənədə görə, Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Putinin imzaladığı fərmana əsasən, nüvə silahının istifadəsini müəyyən edən şərtlərə bəzi yeniliklər edilib.
Yeni doktrinada bir ölkə başqa bir nüvə silahına malik ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raket hücumu həyata keçirərsə, Rusiyaya nüvə cavabı verməyə icazə verilir və pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxil edilir.
Noyabrın əvvəlində ABŞ-da keçiriləcək prezident seçkilərinə cəmi bir neçə həftə qalmış Rusiya lideri nüvə doktrinasına dəyişikliklər barədə göstəriş verib.
Putin xəbərdarlıq etmişdi ki, başqa bir nüvə dövlətinin dəstəklədiyi Rusiyaya hər hansı bir hücum Rusiyaya qarşı “birgə hücum” kimi qiymətləndiriləcək.
Mənbə:NTV
Tərcümə etdi :Səma İsmayılova
