Bu gün:

Honq Konqun demokratiya tərəfdarı liderləri həbs edilib


Honq-Konq məhkəməsi mübahisəli milli təhlükəsizlik mühakiməsindən sonra əsas demokratiya tərəfdarı liderləri təxribata görə illərlə həbs cəzasına məhkum edib.

Benni Tai və Coşua Vonq yerli seçkilər üçün müxalifət namizədlərini seçmək planında iştirak edən Honq-Konq fəalları və qanunvericilər qrupu arasında idi. 

İki nəfərə bəraət verildikdən sonra ümumilikdə 45 nəfər təxribata cəhd etməkdə təqsirli bilinib.

Onların məhkəməsi, Çinin 2019-cu ildə Honq-Konqda baş verən demokratiya tərəfdarı etirazlarından qısa müddət sonra tətbiq etdiyi sərt milli təhlükəsizlik qanununun (NSL) ən geniş şəkildə istifadəyə verildiyi bir dövrdə baş tutub.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan cəfərov


Paylaş
Şərh əlavə et