Youth Workers Network tərəfindən “Media savadlılığı: oyun əsaslı qeyri formal təhsil üzrə səriştə quruculuğu proqramı” layihəsinin ilkin mərhələsi keçirilib.
3 mərhələdən ibarət olan layihənin ilkin mərhələsində jurnalistika sahəsində təhsil alan, o cümlədən bu sahəyə maraqlı olan 15 gəncin iştirakı ilə media savadlılığına dair təlimlər baş tutub.

Təlimçi Anzulə Pərvizqızı tərəfindən 4 gün müddətində gənclərə informasiyanın növləri, dezinformasiya anlayışı və ondan qorunmağın yolları, jurnalistika etikası , faktlarla işləmək, manipulyasiyanın növləri, tənqidi düşüncə və s. mövzularda bilik və bacarıqlar aşılanıb.

Qeyd edək ki, “Media savadlılığı: oyun əsaslı qeyri formal təhsil üzrə səriştə quruculuğu proqramı” layihəsinin əsas məqsədi gənclərin media sahəsində savadlılığını təmin etmək, regionlarda bu sahəyə marağın artırılmasını təmin etməkdir.


Onu da əlavə edək ki, hazırda təlimləri uğurla başa vuran gənclər mentorluq mərhələsində layihəni davam etdirərək 3-cü mərhələdə region gəncləri üçün təşkil edəcəkləri sessiyalara həm nəzəri, həm də praktiki olaraq hazırlaşırlar.

Alidə Məmmədova
