Bu gün:

Orta əsr rəsmlərindəki uşaqlar niyə qəribə təsvir edilib?


Bu rəsmlərə baxaraq istər-istəməz fikirləşirik ki, biz orta əsr uşaq obrazlarından, intibah dövrünün mələk kimi uşaq təsvirlərinə necə keçə bilmişik. Bunlar necə baş verib?
Orta əsr rəsmlərindəki uşaqların əksəriyyəti İsanın təsvirləri idi. İsa ideyası (iddia edilir ki, o, uşaq olaraq deyil, yetkin olaraq doğulub) bütün uşaqların təsvir edilməsinə təsir edib. "Homunculus" sözünün latın kökləri var və "kiçik adam" deməkdir. Rəssamlar Məsihi belə təsvir ediblər.

Beləliklə, orta əsr rəsmlərində keçəl, solğun, üzündə qırışlar olan, daha çox yaşlıya bənzər uşaq təsvirləri var idi. Orta əsr sənətində biz nə dolğun yanaqlara, nə də parlaq gözlərə sahib uşaqlara rast gələ bilərik. Ancaq saqqallı bir körpə rəsmini görməyimiz mümkündür.

Qeyd etmək lazımdır ki, orta əsr rəssamları realizmə xüsusi əhəmiyyət verməyiblər. Bu, orta əsrlər sənətində, insanların əksəriyyətinin bir-birinə bənzəyərək təsvir edilməsinə səbəb olub.

Həm də orta əsrlərdə uşaqlıq anlayışı yox idi. Uşaqlar evdə daha çox köməkçi kimi qəbul edilib. Uşaqlar hər an ölə bilərlər, ona görə də onlara çox emosional bağlanmayıblar. Bir çox analar, xüsusən də zadəgan ailələrində, yeni doğulmuş uşağı tibb bacısına və ya dayəyə veriblər və uşaq biraz böyüyən kimi dərhal işləməyə məcbur edilib.

Nə dəyişdi?

İntibah dövründə dünyəvi sənət çiçəklənib. Florensiyalı aristokratlar simvollara əhəmiyyət verməyərək uşaqlarına qayğı göstərmək istəyiblər. İntibah dövrü rəssamları təbiətlə maraqlanmağa başlayıblar. Bundan əlavə, bu zaman uşaq obrazı anlayışının transformasiyası baş verib: uşaqlar gənc yetkinlərdən məsum canlılara çevriliblər. Bu daha çox körpənin bu dünyada günahsız olması anlayışından irəli gəlib. Kilsə də Məsihin uşaqlığını şərəfləndirməyə başlayıb. İntibah dövrü sənət əsərləri İsanın təbii fəzilətlərini vurğulayıb. Bu yeni ideyalar, rəssamları körpə Məsihi daha uşaq xüsusiyyətləri ilə təsvir etməyə təşviq edib.

Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et