Bu gün:

İmpressionizm nə deməkdir?


İmpressionizm o deməkdir ki, sənətkarlar xarici aləmə aid olanı mənimsəyib xüsusi baxış bucağı qazanırlar. Dünyanın rənglərinin hər kəsdə fərqli hisslər yaradacağını düşünən impressionistlər subyektivliyə böyük əhəmiyyət verirdilər. Eyni səhnənin müxtəlif insanlarda müstəqil hisslər doğuracağına dair bir nümunəni belə təsvir edə bilərik. 

Məsələn, fərz edək ki, dalğaların dəniz tərəfindən izlənilə biləcəyi bir nöqtədə boş bir skamya var. Bu səhnə bəziləri üçün dinc anı simvolizə etsə də, bəziləri üçün ayrılıq, hətta ölüm mənasını doğura bilər. Demək olar ki, impressionizm hərəkatı bayaqkı misalda olduğu kimi eyni səhnəyə baxan iki insanın fərqli hisslər yaşayacağı düşüncəsi ilə formalaşıb. 

Qeyd etmək lazımdır ki, diqqətə ehtiyac olan bir məqam var. İmpressionizm işıqla rəsm etmək kimi tanınır. Bu məqamda impressionistlərin rəsmlərini çəkərkən izlədikləri əsas mənbə günəşdir. Xüsusilə, rəssamlıq və ədəbiyyat sahələrində impressionizm hərəkatı kölgə və işığın kontrastına əsaslanan üslubu yumşaldır. İmpressionizmin nə demək olduğu sualına, bəlkə də, ən yaxşı cavablardan biri “rəssamların emalatxanalarını tərk edərək günəş işığı altında gördükləri ilə bağlı hisslərini ortaya qoyması”nın izahıdır. Çünki impressionizmlə nüfuz edən dramatik effekt getdikcə itdi və yerini daha yumşaq bir üsluba buraxdı.

İmpressionizmin maddə xüsusiyyətləri


İmpressionizmin nə demək olduğunu tam başa düşmək üçün onun mövzusu, diqqəti və məqsədləri də bilinməlidir. Bu mənada onun əsas xüsusiyyətlərini ümumiləşdirən məqalələr impressionizmin nə demək olduğunu izah etmək üçün kifayət edəcəkdir. 

İmpressionizm hərəkatı daha çox ədəbiyyat və rəssamlıqda mövcud idi. Amma musiqidə də impressionizmin izləri var. Onlar birbaşa görünən reallıqlara deyil, izlədiklərinin onlarda buraxdığı təsirə diqqət yetirirdilər. Tədqiqatlarda duyğuların əks olunması müşahidə edilə bilər. İmpressionist hərəkata uyğun sənətlərdə, adətən, məna qapalıdır. Bu məqamda sənətkarın daxili aləmini dərk etmək lazımdır. 

Ümumiyyətlə, impressionizm cərəyanına uyğun olaraq hazırlanmış sənət əsərləri maraqlanan insanlar tərəfindən isti və canlı görünür. İmpressionistlər təsir və emosiyaya böyük əhəmiyyət verirlər. Ruhi cəlbedici təsiri sayəsində impressionist hərəkat yuxuya diqqət yetirir. Bu hərəkat iddia edir ki, sənət heç bir məqsədə xidmət etməməlidir. İmpressionizm obyektlərin birbaşa rənglənməməsi təəssüratlarına diqqət yetirdiyi üçün realizmə qarşı duran bir hərəkatdır. Çox fərqli xüsusiyyətləri olan bir cərəyan kimi görünür. Rəssamlar xarici aləmə son dərəcə laqeyd münasibət bəsləyirlər. Təəssürat söz mənası kimi duyğu və effekti ifadə etdiyi üçün obyektivlikdən uzaqlaşmaq deməkdir. Bu cərəyana mənsub sənətçilər bu nöqtədə emosional olaraq ifadə edilir.

Onun tarixi inkişafını qısa şəkildə necə ümumiləşdirmək olar?


O, mövzunun və ya obyektin təfərrüatlı təsvirinə deyil, buraxdığı təəssüratlara diqqət yetirir. Bu məqamda onun inkişafını qismən də rəssamın reallığı canlandırmaq qabiliyyətini dəyərdən saldığı düşünülən fotoqrafiyaya münasibət kimi qiymətləndirmək olar. Yaradıldığı dövrdə həm portret, həm də mənzərə rəsmlərinin əslində olduğu kimi əks olunmasının emosiyadan uzaq çərçivəni simvolizə etdiyi üçün “reallıqdan uzaq” qaldığı düşünülürdü. Görünən hər bir detalın ruha nüfuz edən tembrlər olmasa, reallığı əks etdirə bilməyəcəyi fikri impressionizm hərəkatının başlanğıc nöqtəsi olmuşdur. Ancaq buradakı incə xətt hərəkata mənsub olan rəssamların birbaşa gözə xitab etməyi hədəfləmədiyi anlaşılır. 

Şüuraltında bəzi qığılcımların çıxmasını arzulamaq impressionistlərin əsas dayağı kimi ifadə edilə bilər. 1874-cü ildə tam olaraq qurulacaq bu hərəkatın nümunələri əslində çox uzaqlara gedib çıxır. Demək olar ki, bu hərəkatın yaranması hekayəsi 1860-cı ildə Parisdə toplaşan bir qrup gənc rəssamın uğurudur. Qaranlıq kölgələrlə ağır olan modellər yerinə, təzə və canlı təsvir arzusu ilə yola çıxan rəssamlar təbiətdən ilhamlanaraq əsərlər yaratmaq istəyiblər. Bu əsərləri canlandıran o dövrün bir qrup gənci 1874-cü il aprelin 15-də sonradan bir hərəkatın nümayəndəsi olacaqlarından xəbərsiz olaraq ilk sərgilərini açdılar. Bu sərgidəki rəsmlərə qarşı mənfi “emotiv(duyğusal)” tənqidlər, əslində, o dövrdə bir qrup gəncin qəbul etdiyi məktəb idi.

İmpressionist hərəkatın nümayəndələri kimlərdir?

Rəsmdəki nümayəndələri

1860-cı ildə Parisdə tanış olan bir qrup gənc rəssamların adları: Klod Monet, Edqar Deqas, Camille Pissarro, Paul Sezanne

Onu da qeyd etmək lazımdır ki, hər bir rəssamın özünəməxsus üslubu var. Onların əsas təməlləri baxımından uyğun gələn düşüncələri, əlbəttə ki, işlədikləri mövzuya görə fərqlənirdi. Bu hərəkata daxil olan adlar arasında bunlardan başqa aşağıdakı rəssamlar da var:

Berthe Morisot

Konstantin Korovin

Alfred Sisley

Frédérick Bazille

Gustave Caillebotte

Armand Guillaumin

Van Qoq

Georges Seurat

Ədəbiyyat üzrə nümayəndələr


19-cu əsrdə Fransada yaranan impressionizm cərəyanı ilk dəfə rəsmdə özünü göstərmiş, təsiri isə ədəbiyyatda cücərməyə başlamışdır. Xarici aləmin rəssamda yaratdığı təəssüratlardan bəhs edən bu cərəyan ədəbiyyatda xəyallarla bəzədilmiş yazılar kimi görünür. Ədəbiyyat sənətçiləri impressionist cərəyandan təsirlənsələr də, ölçü və qafiyəyə əhəmiyyət verməmiş, şəxsi təəssüratlara üstünlük vermişlər. Təbii ki, bu sənət adamları üçün nisbi anlayışdır. 

Ədəbiyyatda rastlaşdığımız impressionistlərdən bəziləri aşağıda verilmişdir: Rainer Marie Rilke, James Joyce, Paul Verlaine, Artur Rimbaud, Concourd Qardaşları

İmpressionizm cərəyanı türk ədəbiyyatında da özünə yer tapmağı bacarıb. Hamının tanış olduğu aşağıdakı adlar türk ədəbiyyatında impressionist nümayəndələr sırasındadır: Əhməd Haşim, Cenap Şahabettin, Ahmet Muhip Duranas, Cahit Sıtkı Tarancı

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva




Paylaş
Şərh əlavə et