ARTIM layihə məkanında "Periferik genişlənmə" adlı sərginin açılışı olub

ARTIM layihə məkanında

Oktyabrın 8-də ARTIM layihə məkanında "Periferik genişlənmə" adlı sərginin açılışı olub.

24 media.az APA-ya istinadən məlumat verir ki, sərgidə fotoqraf və rəssamların əsərlərindən ibarət işlər nümayiş olunub.


"Periferik genişlənmə" həyatın ən az diqqət yetirilən, laqeyd yanaşılan və "yuxarıdan aşağı baxılan" aspektlərinə işıq salan silsilə əsərlər vasitəsilə, əsas və periferik dixotomiya (haçalanma) paradoksunu araşdıran rəssamlar qrupunu bir araya gətirir.


Sərgidə Tural Rəhmanlının "Ukrayna", Cavid Qurbanovun "Həyat zindanı" adlı silsilə fotoları, Aydan İsmayılovanın "Diffuziya", Emin Mathersin irimiqyaslı "NOVA III", “22” komandasının "Liquor", Vüsal Rzasoyun "Yerli söhbət: qoy danışsınlar balam" instalyasiyaları, italiyalı rəssamlar Laura Miqliano və Ciorcia Petri cütlüyündən ibarət "Calembour" kollektivinin "POP UP" qısametrajlı videosu, braziliyalı rəssamlar Luçiana Ohira və Sercio Bonilhanın "Damarlar" layihəsi, Səbinə Əliyevanın "Oyanış" əsəri, feşn-dizayn sahəsində çalışan "Kekalove" startap kollektivinin inklüziv geyimi təqdim edilib.