UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

24media.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, A qrupunda "Sevilya" İspaniyada Kipr APOEL-inə minimal hesabla qalib gəlib - 1:0. "Qarabağ" isə Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə darmadağın edib. Bu nəticələrdən sonra "Sevilya" 6 xalla qrup lideri olub. "Qarabağ" və "Düdelanj" 2-3-cü yerləri bölüşdürür. Xalsız APOEL isə qup sonuncusudur.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu da qrup mərhələsində növbəti görüşünü keçirib. Komanda Belçikanın "Gent" kollektivini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və "Aleksandriya" turnirdə ilk xalını qazanıb. Matça start heyətdə başlayan Paşayev sonadək meydanda olub.

Türkiyə təmsilçilərindən "Başakşehir" evdə Almaniya "Borussiya"sı (Mönxenqladbax) ilə heç-heçə edib - 1:1. "Beşiktaş" isə İstanbulda İngiltərənin "Vulverhempton" komandasına uduzub - 0:1.

Avropa Liqası qrup mərhələsi, II tur

A qrupu

23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4 

Xal durumu: "Sevilya" - 6, "Qarabağ" - 3, "Düdelanj" - 3, APOEL - 0.

B qrupu

23:00. "Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka) - 1:1

23:00. "Luqano" (İsveçrə) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:0

Xal durumu: "Kopenhagen" - 4, "Dinamo" - 4, "Luqano" - 1, "Malmö" - 1

C qrupu

23:00. "Krasnodar" (Rusiya) - "Xetafe" (İspaniya) - 1:2

23:00. "Trabzonspor" (Türkiyə) - "Bazel" (İsveçrə) - 2:2

Xal durumu: "Xetafe" - 6, "Bazel" - 4, "Trabzonspor" - 1, "Krasnodar" - 0.

D qrupu

23:00. "Sportinq" (Portuqaliya) - LASK (Avstriya) - 2:1

23:00. "Rusenborq" (Norveç) - PSV (Hollandiya) - 1:4

Xal durumu: PSV - 6, LASK - 3, "Sportinq" - 3, "Rusenborq" - 0

E qrupu

23:00. "Latsio" (İtaliya) - "Renn" (Fransa) - 2:1

23:00. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya) - 2:0

Xal durumu: "Seltik" - 4, ÇFR - 3, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Standard" (Belçika) - 4:0

23:00. "Vitoriya" (Portuqaliya) - "Ayntraxt" (Almaniya) - 0:1

Xal durumu: Arsenal - 6, "Ayntraxt" - 3, "Standard" - 3, "Vitoriya" - 0.

G qrupu

20:55. "Yanq Boyz" (İsveçrə) - "Reyncers" (Şotlandiya) - 2:1

20:55. "Feyenoord" (Hollandiya) - "Portu" (Portuqaliya) - 2:0

Xal durumu: "Portu" - 3, "Reyncers" - 3, "Yanq Boyz" - 3, "Feyenoord" - 3.

H qrupu

20:55. MOİK (Rusiya) - "Espanyol" (İspaniya) - 0:2

20:55. "Ferentsvaroş" (Macarıstan) - "Lüdoqorets" (Bolqarıstan) - 0:3

Xal durumu: "Lüdoqorets" - 6, "Espanyol" - 4, "Ferentsvaroş" - 1, MOİK - 0.

I qrupu

20:55. "Sent-Etyen" (Fransa) - "Volfsburq" (Almaniya) - 1:1

20:55. "Aleksandriya" (Ukrayna) - "Gent" (Belçika) - 1:1

Xal durumu: "Gent" - 4, "Volfsburq" - 4. "Sent-Etyen" - 1. "Aleksandriya" - 1.

J qrupu

20:55. "Başakşehir" (Türkiyə) - "Borussiya" (Mönxenqladbax, Almaniya) - 1:1

20:55. "Volfsberq" (Avstriya) - "Roma" (İtaliya) - 1:1

Xal durumu: Roma - 4, "Volfsberq" - 4, "İstanbul Başakşehir" - 1, "Borussiya" - 1.

K qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Vulverhempton" (İngiltərə) - 0:1

20:55. "Braqa" (Portuqaliya) - "Slovan" (Bratislava, Slovakiya) - 2:2

Xal durumu: "Braqa" - 4, "Slovan" - 4, "Vulverhempton" - 3. "Beşiktaş" - 0,

L qrupu

18:50. "Astana" (Qazaxıstan) - "Partizan" (Serbiya) - 1:2

20:55. AZ (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

Xal durumu: "Mançester Yunayted" - 4, "Partizan" - 4, AZ - 2, "Astana" - 0.