Saatlı rayonunda DATÜB tərəfindən məscid açılışı gerçəkləşdirilib

Saatlı rayonunda DATÜB tərəfindən məscid açılışı gerçəkləşdirilib
Saatlı rayonunda DATÜB tərəfindən məscid açılışı gerçəkləşdirilib
Saatlı rayonunda DATÜB tərəfindən məscid açılışı gerçəkləşdirilib

24media.az xəbər verir ki, iyun ayının 25-də Saatlı rayonunun Smadakənd kəndində məscid açılışı gerçəkləşdirilib. Məscidin açılışında DATÜB sədri Ziyəddin Kassanov, millət vəkilləri Əflatun Amaşov və Kənan Tahirli, DATÜB baş katibi Fatih Uçar, təşkilatın Azərbaycan təmsilçisi Məmməd Şamilov və bir çox ictimai xadim qatılıb. Məscidin açılışından sonra Azərbaycan bölgələrindən Axısxa icmasının nümayəndələri və yerli kənd sakinləri yemək süfrəsində toplanıblar.

DATÜB sədri Ziyəddinn Kassanov təşkilatın hər zaman Axısxa icmasını dəstəklədiyini və bundan sonra da var gücü ilə icmanın problemlərinin həll edilməsi üçün çalışacağını dilə gətirib. Millət vəkilləri Əflatun Amaşov və Kənan Tahirli sakinləri açılış münasibətilə təbrik ediblər və DATÜB sədrinə təşəkkür ediblər. Yerli sakinlər də öz növbələrində onlara göstərilən qayğı və köməyə görə DATÜB təşkilatına təşəkkürlərini dilə gətiriblər.