Kris Prett ikinci dəfə evləndi

Kris Prett ikinci dəfə evləndi

"Qalaktikanın Qoruyucuları" filmi ilə tanınan məşhur aktyor Kris Prett və  Arnold Şvasneqqerin qızı Ketrin Şvasneqqer ailə həyatı qurublar.

24media.az xəbər verir ki, 39 yaşlı Kris Prett və 29 yaşlı Ketrin Şvasneqqer uzun müddət idi ki, təntənəli evlilik mərasiminə hazırlaşırdılar. Onlar ötən gün yaxın dostlarının iştirakı ilə öz münasibətlərini qanuniləşdiriblər. Hətta aktyorun 6 yaşlı oğlu Cek də bu mərasimdə iştirak edib. Prett toydan sonra "İnstaqram" sosial şəbəkəsində öz xanımı ilə  fotosunu paylaşıb.

"Bu, bizim həyatımızda ən gözəl gün idi! Biz Tanrı qarşısında ər və arvad olduq, ailələrimiz və hamı kimi biz də sevinirik. Bu təsirli və emosional idi. Biz hamıya, həmçinin Corco Armaniyə Ketrinin və mənim mükəmməl toy geyimlərimiz üçün minnətdarıq", - deyə Kris Prett qeyd edib.