Bu gün:

Dünyanın ən qiymətli almazı: Qaşıqçı almazı


Qaşıqçı almazı dünyanın ən məşhur və qiymətli almazlarından biridir və hazırda İstanbulda, Topqapı Sarayı Muzeyində sərgilənir. Qaşıqçı almazının tarixi qədim dövrlərdən və ya Osmanlı İmperiyası dövründən gəldiyi düşünülən müxtəlif əfsanələr və hekayələrlə doludur. Almazın adı, tapıldığı və ya satıldığı şəraitlə bağlı yaranıb. Ən məşhur hekayəyə görə, bu nadir almaz bir zibillikdə qaşıqla tapıldığı üçün "Qaşıqçı almazı" adlandırılıb.

Almazın mənşəyi və tarixi ilə bağlı bir neçə məşhur versiya var:

1. Fransız Almazı (Napoleon Əfsanəsi): Bir əfsanəyə görə, Qaşıqçı almazı əvvəlcə Fransa kralı Napoleonun mülkündə idi. Napoleon sürgünə göndərildikdən sonra almaz Fransadan qaçırılır və daha sonra Osmanlı İmperiyasına gətirilərək sultanın xəzinəsinə əlavə olunur.

2. Zibillikdə tapılma əfsanəsi: Başqa bir hekayəyə görə, bu almaz bir zibillikdə tapılıb. Onu tapan şəxs almazın dəyərindən xəbərsiz olaraq onu cüzi məbləğdə pula və ya bir neçə qaşığa dəyişib.

Almaz haqqında başqa romantik və mistik hekayələr də var. Onlardan biri onun "uğursuzluq gətirdiyi" inancıdır. Bu inancın mənbəyi, almazı əldə edən əvvəlki sahiblərinin həyatlarının faciəvi şəkildə sona çatması ilə bağlıdır.

Qaşıqçı almazının çəkisi 86 karatdır (təxminən 17,2 qram) və ikiqat sıraya malik dizaynda hazırlanmışdır. 49 kiçik, parlaq brilyantlarla bəzədilmiş bu almaz, muzeyi ziyarət edənlərin böyük marağına səbəb olur.


Mənbə: TRT haber

Tərcümə etdi: Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et