Bu gün:

"Ölü Gəlin"


“Ölü Gəlin” (ingiliscə: Corpse Bride) 2005-ci ildə Tim Burton və Mike Johnson tərəfindən rejissor edilmiş məşhur stop-motion animasiya filmidir. Filmin ssenarisi John August, Caroline Thompson və Pamela Pettler tərəfindən yazılıb. Bu film, Tim Burtonun 1993-cü ildə çəkdiyi digər məşhur animasiya filmi The Nightmare Before Christmasın uğurundan sonra çəkilib və onun qaranlıq, sirli və gotik üslubunu davam etdirir.

Corpse Bride, Viktorian dövrünün ortalarında qaranlıq, nağılvari bir atmosferdə baş verir. Əsas qəhrəman Victor Van Dort (səs aktyoru: Johnny Depp), iki ailənin ticarət məqsədli evliliyi çərçivəsində Victoria Everglot (səs aktyoru: Emily Watson) ilə nişanlanır. Lakin Victor utancaq olduğu üçün evlilik andı məşqlərində səhvlərə yol verir. Məşqlərdən qaçaraq meşəyə gedən Victor, burada andını təkrar edərkən təsadüfən "Ölü Gəlin" Emilyanın (səs aktyoru: Helena Bonham Carter) barmağına üzük taxır. Emiliya oyandıqda Victorun onunla evləndiyini iddia edir.

Film iki dünyanı – canlılar dünyası və ölülər dünyasını – qarşı-qarşıya qoyur. Canlılar dünyası boğucu və solğun rənglərdə, ölülər dünyası isə rəngarəng və dinamik təsvir edilir. Victor öz həyatına qayıtmağa çalışsa da, zamanla Emiliyanın faciəli hekayəsini öyrənir və onun ölü gəlin olmasının səbəbini başa düşür. Bu müddətdə Emiliya da öz daxilində dəyişikliklər yaşamağa başlayır və azadlıq arzusu yaranır.

Film ənənəvi animasiya texnikası olan stop-motion üsulu ilə çəkilib. Bu üsul, kiçik modellərin hərəkətlərinin tədricən dəyişdirilməsi ilə onların hər bir vəziyyətini ayrı-ayrı şəkillərlə çəkmək və sonra bu şəkilləri ardıcıl göstərməklə animasiya yaratmaqdan ibarətdir. Tim Burton bu texnikanı öz unikal üslubu ilə ustalıqla birləşdirərək qaranlıq və mistik bir dünya yaradır.

"Ölü Gəlin" filmi, Tim Burtonun digər işləri kimi illərdir sevilərək izlənməyə davam edir və özünəməxsus dünyası ilə tamaşaçıları özünə cəlb edir.


Mənbə: İMDb

Tərcümə etdi: Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et