Hamımızın bir şəkil və ya əksimizdə özümüzü görüb "Bu, həqiqətən də mənim görünüşümdür?" sualını verdiyimiz anlar olub. Aynalarla kameralar arasında görünüşümüzü dəqiq təsvir etmək məsələsində mübarizə davam edən bir müzakirədir. Bəs, özünü qavrama məsələsinə gəldikdə hansı daha dəqiqdir, aynamı, yoxsa kamera?

Aynalar işığı əks etdirərək özümüzün tərsinə çevrilmiş görüntülərini yaradır və bu, gündəlik rastlaşdığımız bir mənzərədir. Aynadakı görüntümüzlə olan bu tanışlıq, öz qavrayışımızın formalaşmasında əhəmiyyətli bir rol oynayır. Lakin nəzərə almaq vacibdir ki, aynalar üfüqi olaraq çevrilmiş görüntülər istehsal edir və bu, maraqlı bir psixoloji fenomenə səbəb ola bilər. Biz aynada gördüyümüz görüntüyü sevməyə meyilli oluruq, çünki ona çox alışmışıq. Lakin bu, görünüşümüzün ən dəqiq təsvirini təqdim etmir. Əslində, geyim mağazalarında bəzən incə görünüş illüziyası yaratmaq üçün azca təhrif edilmiş aynalar istifadə olunur.
Ancaq aynalardan fərqli olaraq, kameralar görüntüləri lenslər vasitəsilə işıq şüalarını kamera sensoruna yönləndirərək çəkir və bunları rəqəmsal görüntüyə çevirir. Kameralar fərqli perspektivləri, işıqlandırma şərtlərini və son görüntünün dəqiqliyinə təsir edə biləcək digər amilləri nəzərə alır və işıqlandırma zamanı yaranan kölgələr üzün yarısını örtür, qulaqları daha iri göstərir və ikili çənə illüzyasını yaradır.
Yəni müxtəsər olaraq, öz görüntümüzün dəqiqliyi, həm aynalara, həm də kameralara təsir edən amilləri, məsələn, işıqlandırma, bucaqlar və kamera parametrlərini anlamaqda yatır. Bu elementləri nəzərə alaraq və redaktə texnikalarından istifadə edərək, görüntülərimizin, istər aynada, istərsə də kamera lensi vasitəsilə çəkildiyindən asılı olmayaraq, görünüşümüzün düzgün əksi olmasını təmin edə bilərik.
Mənbə:Upworthy
Tərcümə etdi:Arzu Qafarova
