Bu gün:

Osmanlıda niyə əcnəbi qadınlarla evlənməyə üstünlük verilib?


Osmanlı İmperatorluğunun ilk dövrlərində sultanlar türk qadınları ilə evlənirdilərsə, Fatih Mehmet devşirmə sistemini tətbiq etdikdən sonra bu ənənə dəyişib. Bəs niyə əcnəbi qadınlara üstünlük verilib?

Osmanlı İmperatorluğunun qurulduğu dövrdə sultanlar, ümumiyyətlə, türk ağalarının və ya mühüm şəxslərin qızları ilə evləniblər. Bu evliliklərin əsas məqsədi emosional bağdan çox siyasi hakimiyyətin və ərazi bütövlüyünün qorunması idi.

Xüsusilə 14-cü əsrdə Anadoluda türkmən sülalələrinin şahzadələri ilə evliliklər Osmanlı İmperiyası üçün həm ərazilərini genişləndirmək, həm də əlaqələrini gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib.

XV əsrdə Fateh Mehmet tərəfindən devşirmə sisteminin tətbiqi ilə Osmanlı sultanları cariyələrlə evlənməyə başlayıblar.

Qanuni Süleymandan başlayaraq cariyələrlə evlənmək adi hala çevrilib və yalnız II. Osman bu ənənədən kənara çıxaraq türk əsilli biri ilə evlənmək istəyib, lakin bu qərar yeniçərilər tərəfindən birmənalı qarşılanmayıb.

Devşirmə sisteminin digər mühüm səbəbi də türk qadınlarının öz ailələri vasitəsilə hakimiyyətə gəlməsi və dövlətə müdaxilə etmə riskini aradan qaldırmaq idi.

Sultanın türk ağası ilə qohum olması bu ailənin saraya təsir etməsinə, sarayda öz maraqlarına uyğun qarışıqlıq təşkil etməsinə səbəb ola bilərdi.

Fateh Sultan Mehmet bu tədbiri Osmanlı İmperatorluğunun Avropadakı xanədanlıq mübarizələrinə bənzər bir vəziyyəti yaşamaması üçün alıb.

Osmanlının cariyələrlə evlənmə siyasəti sayəsində sülalə daxilində güc tarazlığı qorunub və Osmanlı sülaləsi tarixin ən uzunömürlü imperiyalarından biri olmağı bacarıb.

Mənbə: Onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et