Türkiyənin cənub-qərbində, Antalya şəhəri yaxınlığındakı gözəl sahil zolağından bir qədər yuxarıda yerləşən yerdə, həqiqətən də, alovların yandığı çuxurlar var. Palefatın dövründə olduğu kimi, bu gün də onlar əbədi olaraq yanır.
Yanartaşın yanan qayaları - Chimaera dağının müasir adı - Olimpos Beydağları Milli Parkının bir hissəsidir.
Park sıldırımlı zirvələrlə, firuzəyi rəngli körfəzlərlə və uzanan qayalı çimərliklərlə doludur. Amma onun ən unikal mənzərəsi, şübhəsiz ki, Yanartaşdır.
Yer üzündə alovların heç vaxt sönmədiyi dəliklərlə tez-tez rastlaşa bilərsiniz.
Mənbə: CNN
Tərcümə etdi: Qüdrət Məmmədova
