Bu gün:

Napoleon Bonapartın dovşanlara yenilməsi


Dünya tarixində böyük komandanlar adətən zəfərləri ilə tanınır, amma Napoleon üçün bu belə deyil.

1807-ci ilin iyul ayında Napoleon, Rusiyayla müharibəni başa vurduqdan sonra "Tilzit" sazişini imzaladı. Zəfərini qeyd etmək üçün baş yavəri Alexandre Berthier dovşan ovu təşkil edib. Yüzlərlə dovşan qəfəslərdə toplanmışdı. Lakin dovşanlar, Napoleon və adamlarına doğru hücum etməyə başlayıblar.

Başlanğıcda bu vəziyyət gülüş doğursa da, gərginlik artıb. Napoleon dovşanları uzaqlaşdırmağa çalışıb, amma buna nail ola bilməyib. Hətta dovşanlar onun arabasına da çıxıblar. Nəticəd , Napoleon və komandası geri çəkilmək məcburiyyətində qalıb, dovşanlar isə sahəni ələ keçirərək sahənin yeni sahibləri olublar. Bu xaosun səbəbi, dovşanların yerli fermerlərdən alınması idi, yəni, Napoleonu ovçu kimi qəbul etmirdilər.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et