Bu gün:

Astronomlar həqiqət zamanının yaxın olduğunu düşünür


Kaliforniya Texnologiya İnstitutunun planetar astronomiya professoru Mike Brown, Neptun orbitindən kənardakı Kuiper Kəmərində Eris adlı yeni bir kiçik dünya kəşf edib. Bu planetin 2005-ci ildə aşkar edilməsi, 2006-cı ildən başlayaraq Plutonun planet statusunun mübahisəli şəkildə itirilməsinə səbəb olub.

Hazırda Brown və digər alimlər Kuiper Kəmərinin itirilmiş bir planetin geri qaytarılmasına imkan verə biləcəyini düşünürlər. Kuiper Kəməri Günəş sisteminin yaranmasından qalan maddələrdən ibarətdir və Yer kürəsindən 50 dəfə daha uzaq məsafəyə uzanır. Burada Pluton və Eris kimi bir çox buzlu obyekt mövcuddur, lakin Pluton öz orbitini təmizləmədiyi üçün planet statusuna sahib deyil.

Astronomlar artıq on ildən çoxdur bu sahədə müşahidə edilməyən gizli bir planet axtarırlar. Bu, "Planet X" və ya "Planet Doqquz" adlandırılır. Yale Universitetinin astronomiya üzrə köməkçi professoru Malena Rice “Başqa bir planet tapsaq, bu, həqiqətən böyük bir hadisə olacaq, Günəş sisteminin və digər planetar sistemlərin necə formalaşdığını tamamilə dəyişdirə bilər. Çox həyəcanverici bir hadisədir”

Mənbə: CNN

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et