Bu gün:

Saçlarımızı evdə daha sürətli uzada bilərik


Saçları ev şəraitində daha sürətli uzatmaq üçün soğan suyu ən təsirli üsullardan biridir. Dəriyə qulluq üzrə mütəxəssislərə görə, soğan suyunda olan kükürd maddəsi saçların uzanmasına kömək edir. Sarımsaq isə saç tökülməsinin qarşısını almaqda təsirli bir vasitədir.

Onlymyhealth qeyd edir ki, saçların uzanması üçün davamlı olaraq soğan suyu tətbiq edilməlidir. Saç tökülməsinin qarşısını almaq üçün soğan suyunu içmək əvəzinə birbaşa baş dərisinə çəkmək daha təsirlidir. Soğan suyunu əldə etmək üçün soğanları doğrayıb qarışdırıcıda əzin və süzərək şirəsini çıxarın. Soğanın qoxusunu azaltmaq üçün suyu bal ilə qarışdırın. Bal da saçların uzanmasına kömək edən təsirli bir maddədir. Qarışığı baş dərisinə çəkdikdən sonra 45 dəqiqə gözləyin və daha sonra ətirli şampunla yuyun.


Mənbə: 411answers.com

Tərcümə: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et