Hamımız üçün dostluq əsas dəstək və kömək mənbəyidir. Onlar bizim seçə biləcəyimiz qohumlarımızdır. Amma bəzən bir insanı niyə belə yaxına buraxdığınızdan şübhə edə bilərsiniz.
Dost tərəfindən psixoloji şiddətə çox vaxt məruz qalsaq da, bunu görməməzlikdən gəlmişdə ola bilərik.
Aqressorlar insanların həyatı haqqında “ekspert” fikirlərini bildirməyi sevirlər. Onlar sanki hər şeyin düzünü bilirlər. Necə yaşamaq, necə uşaq böyütmək, necə düzgün insanı seçmək və s.
Toksik mühit hər yerdə ola bilər. İnsanların çoxluğundan və azlığından təsirlənməyərək, bu, iş mühitində, məktəb həyatında və hətta ailə içində belə ola bilər.
Toksik insanların ortaq nöqtələri isə qarşıdakını olduğu kimi yox beyinlərində qurduqları kimi təsəvvür etmələridir. Onlar bunu özlərinə təsəlli vermək üçün edirlər.
Toksik mühitdə olmaq beyində silinməyən xatirələr qoyur və mühitin toksik olduğunu anlamaq da çox vaxt aparır.
Toksik mühittən bacara bildikcə uzaq durmaq və o insanları düzəltməyə çalışmamaq ən faydalı məsləhətlərdən biridir.
Mənbə: AST dzen
Tərcümə etdi: Fatimə Umarbəy
