Qadınların cəmiyyətdəki rolu əvəzolunmazdır və tarixin hər dövründə dərin bir əks-səda buraxmışdır. Onların varlığı yalnız ailələrdə deyil, sosial, iqtisadi və mədəni sahələrdə də geniş təsir yaradır. Bədii baxışdan yanaşsaq, qadınlar cəmiyyətin rəngləridir- yeri gələndə həyatın incəliyini, yeri gələndə isə onun gücünü göstərən bir rəssam kimidirlər. Bu baxış qadınların həm həyatın gözəlliyini, həm də çətinliklərindəki dözümlülüyü təcəssüm etdirdiyini göstərir.
Qadınlar ən başda ailənin və həyatın əsasını təşkil edirlər. Onlar yalnız bioloji baxımdan yox, həm də mənəvi olaraq gələcək nəsilləri formalaşdırırlar. Ana olmağı seçən qadınlar, gələcəyin insanlarını yetişdirir, onlara sevgini, mərhəməti, dürüstlüyü öyrədirlər. Bu mənada qadınlar cəmiyyətin mənəvi qaynağı və inkişafın əsası kimi təsvir olunur.
Bu dünya qadınların əlləri ilə toxunur, onların duyğularının izi ilə canlanır və bu hər şeyə dərin bir məna qatır.
Mənbə: Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
