Bu gün:

İnsanlar köhnə fotoşəkillərdə niyə gülmürdülər?


19-cu əsrdə diş baxımı və ümumi gigiyena bugünkü bildiyimizdən çox fərqli idi. Bir çox insanların çürük və ya əskik dişləri var idi və bu, təbəssüm etməmək üçün kifayət qədər səbəb idi. Bununla belə, bu nəzəriyyəni şübhə altına alanlar da var. Əgər nəzəriyyə doğru idisə, niyə o zaman yaxşı dişləri olan insanlar gülümsəmirdilər? Ola bilsin ki, cəmiyyətdə heç kim özünü başqalarının diş sağlamlığına görə qiymətləndirməyib.



Digər məşhur nəzəriyyə o dövrdə fotoqrafiyanın texnoloji məhdudiyyətləri ilə bağlıdır. Birinci nəsil kameralar fotoşəkil çəkməzdən əvvəl bir neçə dəqiqəlik hazırlıq tələb edirdi. Bir neçə dəqiqə dayanmadan gülümsəmək, demək olar ki, mümkün deyildi. Lakin 1850-ci illərdən sonra kameralar təkmilləşdi və bir neçə saniyə ərzində fotoşəkil çəkmək mümkün oldu. Belə olan halda belə insanların niyə gülümsəmədiyini izah etmək çətindir. Beləliklə, texnologiya tamamilə günahkar olmaya bilər. Fotoqraflar köhnə portret rəsmlərindən ilhamlanaraq ciddi duruşlara üstünlük vermiş ola bilər. Xüsusilə? Viktoriya dövrünün portretlərində insanlar uzun müddət poza verdikləri üçün ciddi görünürdülər. Fotoqraflar da bu ənənəni davam etdirmiş ola bilərlər. 19-cu əsrin əvvəllərində insanlara "pendir" demək əvəzinə "gavalı” kimi sözlərdən istifadə edərək dodaqlarını büzmək öyrədilirdi. Bu, kiçik və ciddi bir ağız ifadəsi yaradırdı. Ən məntiqli izah insanların fotoşəkillərdə necə görünmək istəməsinə əsaslanır. O zamanlar kral ailəsi üzvləri və zəngin insanlar portretlərində həmişə ciddi və ləyaqətli pozalar alırdılar.Bu, onların güc və zənginlik simvolu idi. Fotoşəkilləri çəkilən hər kəs eyni ciddiliklə görünməklə cəmiyyətdə sanballı yer tutmaq istəyirdi.


Mənbə:Onedio


Tərcümə etdi:Mina Yadigarlı

Paylaş
Şərh əlavə et