Bu gün:

Fərqində olmadan Günəş ətrafında gündə 2,5 milyon km səyahət edirsiniz


Kosmosda nə qədər yol qət etdiyimizə dair verilən cavab seçdiyimiz referans nöqtəsindən asılı olaraq 40 min km-dən 47 milyon km-ə qədər dəyişir. Bu sadə görünən sual fizikanın əsas qanunlarından birinə toxunur: universal referans sistemi yoxdur. Yəni, Yer kürəsinin hərəkətindən danışarkən, bu hərəkətin hansı obyektə nisbətən olduğunu dəqiqləşdirmək lazımdır.


Məsələn, ekvatorda hər gün Yer kürəsinin mərkəzinə nisbətən təxminən 40 min km yol qət edirik. Günəşin mərkəzinə nisbətən isə Yer kürəsinin orbitində hər gün təxminən 2.5 milyon km hərəkət edirik. Süd Yolu qalaktikasının mərkəzinə nisbətən isə hər gün təxminən 19 milyon km məsafə qət olunur.


Nəhayət, Yer kürəsi hər gün kainatın doğuluşundan qalan qalıq radiasiya – kosmik mikrodalğa fonuna (CMB) nisbətən təxminən 47 milyon km məsafə qət edir. Bu da universal referans sistemi üçün ən uyğun göstərici hesab edilə bilər. Lakin bütün bu hərəkətlərin istiqaməti daim dəyişdiyindən, onları sadəcə olaraq toplamaq mənasızdır.


Mənbə: Sciencefocus

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et