Bu gün:

Dəniz ulduzlarının bədənləri yoxdur


Stanford Universitetindən yeni araşdırma, dəniz ulduzlarının qeyri-adi bədən quruluşuna işıq salır. Dəniz ulduzları hər zaman alimlərin maraq dairəsində olub – bədən üzvlərini yenidən böyütmə qabiliyyəti və bədənlərinin harada bitib başlarının harada başladığı kimi suallar buna səbəbdir. İndi alimlər bu suala cavab tapmağa yaxınlaşıblar. Stanford Universiteti və Southampton Universitetinin tədqiqatçıları, dəniz ulduzları və digər dəriyəklilərin bütün bədəninin əslində baş kimi davrandığını irəli sürürlər.


Dəniz ulduzları, dəniz kirpiləri və qumluqlar daxil olmaqla dəriyəklilər, beş bərabər hissəyə bölünmüş “beşqat simmetrik” bədən quruluşuna malikdir. “Dəriyəklilərin bədən hissələrinin digər heyvanlardakı strukturlarla necə əlaqəli olduğunu anlamaq, uzun zamandır elm üçün bir sirr olaraq qalır,” - araşdırmanın həmmüəllifi, Southampton Universitetindən Dr. Jeff Thompson qeyd edir.


“İki tərəfli simmetriyalı heyvanlarda bədən baş, gövdə və quyruq hissələrinə bölünür. Ancaq dəniz ulduzuna baxarkən, bu hissələrin iki tərəfli simmetriyaya malik heyvanların bədəni ilə necə əlaqəli olduğunu görmək mümkün deyil.”


İki tərəfli simmetriyaya malik heyvanlar, o cümlədən insanlar və heyvanlar aləminin böyük bir hissəsi, bir-birini əks edən, lakin fərqli funksiyalara malik sol və sağ tərəflərə malikdirlər.


Bu tapıntı, dəriyəklilərin bədən quruluşunun daha dərindən anlaşılmasına və onların başqa maraqlı xüsusiyyətlərinin üzə çıxarılmasına kömək edə bilər.


Mənbə: Sciencefocus

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et