Suda 5 dəqiqə və ya daha çox qaldıqda əllərimizin içi və ayağımızın alt hissəsi barmaqlarımızla birlikdə qırışır, bu, hər zaman yaşadığımız bir vəziyyətdir. Yaxşı, bu qırışların bədəninizin tük olmayan hissələrində baş verdiyini görmüsünüz?
Saçlarımızın dibində yağ bezləri var. Sebum adlanan bu yağ bezlərinin yağları suya davamlı təbəqə əmələ gətirir. Bunda sebumun əmələ gətirdiyi keratin təbəqəsi təsirlidir. Bu səbəbdən bədənimiz su keçirmir. Bu hadisə nəticəsində suya davamlı dərimiz yumşalır.
İnsanların əllərinin içlərində, ayaqlarının dibində tük yoxdur. Saç və ya tük olmayan bu yerlərdə qoruyucu keratin təbəqəsi yoxdur. Keratin təbəqəsi olmayan bu yerlərdə qalın dəri təbəqəsi var. Bütün bədəniniz suya qərq olsa belə, barmaqlarınızla birlikdə yalnız əlinizin ovuc içi və ayaqlarınızın dibi qırışacaq.
Mənbə: Bilgeyik
Tərcümə etdi: Sona Osmanova
