Əl sıxma, nisbətən rəsmi vəziyyətlərdə qısa salamlaşma və ya ayrılmaq üçün ümumi dünya adətidir. Sağ əldən istifadə etmək, ümumiyyətlə, düzgün etiket sayılır və biz əl sıxma tarixinə nəzər salmaqla bu qaydanın mənşəyini anlaya bilərik.
Əl sıxmanın mənşəyi:
Əl sıxmaq bədən dilinin istifadəsi hesab olunur və onun tarixi qədim dövrlərə gedib çıxıb. İlk istifadə edildiyi zamana baxsaq, əl sıxmağın mənası indiki salamlaşmadan tamamilə fərqlidir. O zamanlar insanlar güvənmədikləri, qorxmadıqları, yəni düşmən gördükləri insanlarla əl sıxıblar.
Qeyd edilib ki, o dövrdə müdafiə məqsədi ilə balta, bıçaq, sapand kimi təhlükəli alətlərin daşınması çox geniş yayılıb. İki adam qarşı-qarşıya gəldikdə, qarşı tərəfin bu öldürücü vasitələrdən birini əlində və ya qolunda gizlətmədiyinə əmin olmaq üçün əl sıxıblar, çünki qol silkələndiyi zaman əgər silah varsa düşəcək və üzə çıxacaq. Əsasən kişilər silah gəzdirdiyindən əl sıxmaq uzun müddət kişi adəti olaraq qalıb. Silahlar daha çox sağ əllə istifadə olunduğu üçün, sağ əllə əl sıxmaq günümüzdə də ənənədir.
Mənbə: Bilgeyik
Tərcümə etdi: Sona Osmanova
