24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas Ramil Suleymanovdur. O, vətəndaşların narazı olduqları məqamlardan biri olan ölkə ərazisində, xüsusilə, paytaxtda suyun, qazın və ya işığın tez-tez kəsilməsi haqqında danışıb.
-Ərazilərdə vaxtaşırı olaraq qazın, suyun və işığın kəsilməsi xəbərdarlıqla olsa belə, hər ay vaxtında kommunal xidmətləri ödəyən istehlakçıların hüquqlarını pozur. Bəzən bu hallar xəbərdarlıq edilmədən belə baş verir. Üstəlik bu halın intensivləşməsi və adət halını alması istehlakçıların narazılığını artırıb. Maraqlıdır, məsələ qanunvericilikdə necə tənzimlənir?

Bildiyiniz kimi vətəndaşın kommunal xidmət göstərən subyektlərlə xidmətlərin alınması ilə bağlı abunəlik müqaviləsi imzalanır və göstərilir ki, abunəçi istehlakçı kommunal xidmətlərə çatımlığı təmin olunur. Abunəçinin borcu olarsa, eyni zamanda, xidməti təqdim edən şəxs tərəfindən hər hansı bir iri miqyaslı təmir işləri görülərsə, yalnız bu halda təmin edilə bilmir.
Qeyd edim ki, bəzi hallarda “Azərışıq”da elektrikin verilməsində problemlərin olması, məsələn, tez-tez yanıb sönməsi, elektrik avadanlıqlarının sıradan çıxmasıma məhv olmasına səbəb olursa, bununla bağlı vətəndaş "Azərişıq"ı çox rahat şəkildə məhkəməyə verərək haqqını tələb edə bilər. Yaxud düzgün planlaşdırılmayan qazın, suyun verilişində vətəndaş əlavə resursların təmin olunmasını, alınmasını həyata keçirdirsə, su ehtiyyat agentliklərinə və "Azəriqaza" qarşı şikayətlər göndərməklə çəkdiyi zərərin qarşılığını onlardan tələb edə bilər.
Əsas məsuliyyət dövlət qurumlarının, yəni birbaşa "Azərişıq" və "Azəriqaz" üzərindədir. Artıq yay aylarında həmin qurumlar soyuq havalara, fəsillərə öz hazırlıqlarını təmin etməlidirlər. Müvafiq qayda yenilənmələrini və cari təmin işlərini həyata keçirməlidirlər. Həmin xidmət subyektləri təbii inhisarçılar hesab olunur. Qanunsuz davranışlar, o cümlədən vətəndaşlara yönəlik ziyanla müşahidə olunan davranışların mütamadi həyata keçirdilməsi müşahidə olunarsa, vətəndaşlar tərəfindən artıq hüquq- mühafizə orqanlarına müvafiq qaydada şikayətlərin təqdim olunması eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən dəqiq desək, Azərbaycan Respublikasının Baṣ Prokurorluğu tərəfindən araşdırma aparılması ilə həmin xidmət subyektlərində yoxlamalırın başlanılması və vəzifələrinə etinatsız yanaşan məmurların cəzalanmasına nail olmaq mümkündür.
Nərgiz Orucova
