
Şüşədən hazırlanmış əşyalar düşüb qırıldıqda, şüşə parçaları toqquşma yerindən uzaqlara sıçrayaraq ətrafa dağıla bilər. Sanki nəsə bu parçaları güclə itələyir. Bunun səbəbi yalnız yerə düşərkən şüşənin qazandığı kinetik enerji deyil, həm də istehsaldan sonra şüşə içində qalan istilik təzyiqindən gələn enerjidir.
Şüşə qablar qum, soda külü (natrium karbonat) və əhəngdaşının 1700°C-yə qədər qızdırılması ilə hazırlanır. İstehsal prosesində şüşə əşyaların içində qalan gərginliyi aradan qaldırmaq üçün onlar "tavlama" adlı xüsusi yavaş soyutma prosesindən keçirilir. Şüşə çox tez soyudulsa, fabriki tərk etmədən çatlaya bilər. Lakin, əgər fabriki tərk etdikdən sonra gec bir zamanda yerə düşərsə, tavlama prosesindən qalan sıxılmış təzyiq sərbəst buraxılar və şüşə qırılıb ətrafa səpələnir.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
