Tarixdə "ən uzun insan" olaraq tanınan 2,43 metr boyundakı Robert Vadlou, 15 iyul 1940-cı ildə, cəmi 22 yaşında sağ ayağında yaranan kiçik bir septik qabarcıq səbəbilə həyatını itirib. Uşaqlığında normal boyda doğulsa da, Vadlou sürətlə böyüməyə başlayıb və heç dayanmadan böyüyüb. 5 yaşında 150 sm boyuna çatıb, 8 yaşında isə artıq atasından hündür olub.

Boyu ona məşhurluq gətirsə də, sağlamlıq problemləri də yaratmışdı. O, həddindən artıq böyük ayaqqabılara külli miqdarda pul xərcləməli, həm də ciddi sağlamlıq çətinlikləri ilə üzləşməli olmuşdu. Ölümündən öncə 199 kiloqram çəkisi olan Vadlou zəif fiziki quruluşuna baxmayaraq, bədəninin ağırlığı ayaqlarına ciddi təzyiq göstərirdi.
14 yaşından etibarən ayaqlarını dəstəkləmək üçün xüsusi dayaqlardan istifadə etməyə başlamış və 18 yaşında ayaqlarında hissiyyatın çox zəif olduğu müəyyən edilib. Məhz bu səbəbdən, 1940-cı ildə düzgün oturmayan dəstək qurğusu sağ ayağında su toplamasına səbəb olub, lakin o, problemi vaxtında hiss etməyib. Nəticədə yaranan infeksiya sürətlə yayılaraq onun ölümünə gətirib çıxarıb.

Robert Vadlou ömrü boyu "International Shoe Company" şirkətinin üzvü kimi fəaliyyət göstərmiş və "Ringling Bros." sirkinin bir neçə tədbirində də iştirak edib. Lakin çoxlu səyahətlər etməsi onun sağlamlığına mənfi təsir göstərib, 1940-cı ildə bir səfər zamanı dünyasını dəyişib.
Mənbə: allthatsinteresting.com
Tərcümə etdi: Talehə Hüseynzadə
