1 .Ən çox sevdiyi cizgi film personajı Pinokyo olub.
2. Jackson çox tez qıdıqlanırdı.
3 O, balaca olanda bacısı La Toyanın yatağına hörümçək qoyardı.
4. Adı 2 dəfə Hollivudun məhşurlar bulvarında yazılıb. (Biri öz adına, biri də “Jackson 5” qrupu ilə”)
5. Lois və Lola adında iki laması olub.
6. 1984-cü ildə 8 dəfə Grammy qazanıb. Bu bir müğənninin tək bir ilə ən çox qazandığı Grammy mükafatıdır.
7. Ailədə 9 övlad olublar.
8. Dermatoloqu 1993-cü ildə cildə rəng verən piqmentlərin itirilməsinə səbəb olan “vitiliqo” xəstəliyinə yoluxduğunu açıqlayıb.
9. “Billie Jean” adlı mahnısı MTV’də bir qaradərili tərəfindən canlı səsləndirilən ilk mahnı olub.
10. Ümümülükdə 300 milyondan çox albomu satılıb.

11. Ən çox sevdiyi super qəhrəman X-Men filmindən Morf olub.
12 Mr. Tibss adında bir bala keçisi olub.
13. Həyatı boyunca musiqidən 500 milyon dollar qazanıb.
14 “Crusher” adında evcil pitonu olub.
15. 1984-cü ildə Ceksonun Fransız heyranı ona oxşaması üçün əməliyyat olunmasına icazə verilmədiyi üçün intihar edib.
16. Ən bahalı klipi 3.8 milyon dollara başa gələn “Scream” klipi olub.
17 Maykl Cekson vegetarian olub.
18. 1997-ci ildə aparılan araşdırma nəticəsində o, dünyanın ən məşhur adamı elan edilib.
19. O, “Simpsons” cizgi filminin bir seriyasını səsləndirib.
20. 2 dəfə burnunu estetik əməliyyat etdirib.
Mənbə: Onedio
Tərcümə etdi: İbrahim Çobanlı
