Bu gün:

Niyə güzgüdə gözəl görünürük, fotoşəkillərdə isə yox?


Bir şeyi nə qədər tez-tez görürüksə və ya ona məruz qalırıqsa, bir o qədər müsbət reaksiyalar yaranır. Tez-tez məruz qaldığınız şeylər üzlər, formalar, məhsullar və ya şüarlar ola bilər. 

Bununla belə, tez-tez bir şeyə məruz qalmaq, orta hesabla bu barədə daha müsbət fikirlər inkişaf etdirməyə imkan verir: Burada əsas məqam budur: Güzgüdəki təsvirimiz həmişə alt-üst olur. Deməli, sağ gözünüz əslində güzgüdəki əksinizin sol tərəfindədir. Fotoşəkillərdə, xüsusən heç bir düzəliş edilmədikdə, tez-tez çevrilməmiş bir çərçivə görürük. Bunlardan birinə daha tez-tez baxsaq, zaman keçdikcə üzümüzdəki kiçik asimmetriyaların sağ və ya sol tərəfdə olduğuna alışarıq. Ona görə də nə güzgüdə, nə də fotoda özümüzü bəyənmirik. Başqa insanlar və ya kamera bizi güzgü şəklimizdə görmədiyi üçün bizə gözəl gəlməyən fotoşəkillərimizi daha cəlbedici tapa bilərlər.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et