Bu gün:

Galaktikaya səyahət: İnterstellar


Interstellar qardaşı Conatan ilə ssenarini birgə yazan Kristofer Nolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş elmi fantastika dram filmidir. Baş rollarda Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain, Bill Irwin, Ellen Burstyn, Matt Damon və Michael Caine çəkilib. Yer kürəsinin fəlakətli bədbəxtlik və aclıqdan əziyyət çəkdiyi distopik bir gələcəkdə qurulan film, bəşəriyyət üçün yeni bir ev axtarmaq üçün Saturn yaxınlığında bir soxulcan dəliyindən keçən bir qrup astronavtdan bəhs edir.


Film 2007-ci ildə hazırlanıb, lakin səhnəyə 2014-cü ildə verilib. Bu filmin çəkilişləri 2013-cü ildə başlayıb və Los Ancels, Alberta, Klauster kimi məhşur yerlərdə çəkilib. Filmdə bir çox miniatür effektlerdən, geniş kamera linzalarından məharətlə istifadə edilərək çəkilib.



Film dul qalmış mühəndis və keçmiş NASA pilotu Cozef Kuperin ətrafında cərəyan edir. Dünyada kifayət qədər qida qalmamış, gənc nəsillərə Apollonon aydakı missiyaları kimi fikirlərin tədris edildiyi yerə çevrilib. Kuper yeni kosmik tədqiqatlarda iştirak edəcəyini ailəsinə deyir və qızı ilə aralarında konflikt yaranır. Kuperin səyahəti isə bir qədər müəmmalıdır. Onun və yoldaşı Doyl Qara dəliyin köməyi ilə zamandan istifadə edib yeni planet axtarışına çıxırlar. Onları çətin şeylər gözləyir.


Mənbə: İMDb


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et