Bu gün:

Balıqların yaddaşı


Balıqların yaddaşının yanlız üç gün olduğu düşüncəsi geniş yayılmış miflərdən biridir və əsasən, dəqiq deyil. Əslində, müxtəlif balıq növləri öyrənmə və yadda saxlama qabiliyyətinə sahibdir, və onların yaddaşı sanıldığından daha uzunmüddətlidir. Müxtəlif araşdırmalar balıqların həftələrlə, hətta aylarla yaddaşlarını saxlaya bildiyini göstərir.



Alimlər akvariumda və laboratoriya şəraitində balıqlarla müxtəlif təcrübələr apararaq onların yaddaş və öyrənmə qabiliyyətlərini müşahidə ediblər. Bir çox balıq növləri uzun müddət ərzində fərqli tapşırıqları öyrənə və müəyyən yolları yadında saxlaya bilir. Balıqların beyninin quruluşu məməlilərdən fərqlidir. Məsələn, onların beyni daha kiçik və sadədir, lakin bu, onların öyrənmə qabiliyyətini məhdudlaşdırmır. Demək, balıqların yaddaşı yalnız üç günlük deyil.


Mənbə: Onedio


Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et