Bu gün:

Dopamin Geyimi: Geyimlərinizin Rəngi Beyninizi Necə Dəyişə Bilər?


TikTok-da “biraz moda, biraz da diqqətlilik” kimi tanınan dopamin geyimi, insanları istədikləri əhvala uyğun geyim seçməyə təşviq edən trendlərdən biridir. Yəni, əgər rəngarəng geyimləri boz və darıxdırıcı olanlara üstün tutsaq, dopamin artımı ilə özümüzü daha xoşbəxt hiss edə bilərik.

Dopamin, neyrotransmitter olaraq, emosiyaların formalaşması da daxil olmaqla, bir neçə beyin funksiyasında iştirak edir. Hisslərimizi təsirləndirən tək molekul olmasa da – serotonin, oksitosin və müxtəlif endorfinlər də dopaminlə qarşılıqlı əlaqə yaradaraq əhvalımızı müəyyən edir – dopamin beynimizin mükafatlandırma sistemində əsas rol oynayır.

Geyim seçimimizin dopamin artımına səbəb olub-olmaması barədə dəqiq bir məlumat yoxdur. Heç bir araşdırmada iştirakçılardan parlaq rəngli geyimlər geyinərək beyinlərindəki dopamin səviyyəsinin izlənməsi tələb edilməyib. Lakin bu konseptə gəldikdə, geyimlərimizin davranış və hisslərimizə təsir etdiyini göstərən tədqiqatlar mövcuddur.


Mənbə: Sciencefocus

Tərcümə etdi: Aysel Şıxməmmədova


Paylaş
Şərh əlavə et