
Elmi araşdırmalar göstərir ki, heyvanlar arasında dostluq fenomeni düşünüldüyündən daha çox rast gəlinir. Heyvanlar, insanlar kimi, münasibətlərində etibar, öhdəlik və qarşılıqlı fayda axtarırlar.
Exeter Universitetində davranış ekoloqu Delphine De Moor'a görə, sosial heyvanlar ətraflarını daha yaxşı idarə etmək üçün sosial əlaqələr qururlar. Münasibətlər zamanla etibar və yaxınlıq səviyyələrinə görə formalaşır. Müşahidələr göstərir ki, müsbət qarşılıqlı əlaqələr təkrarlandıqca etibar artır və bu əlaqələr uzunmüddətli ola bilir.
Heyvanlar arasındakı dostluq uzunmüddətli perspektivdə bir çox üstünlüklər verə bilər. Məsələn, qatil balinalar yemək mübadiləsi və ovçuluq bilikləri kimi vacib məlumatları öz yoldaşlarına ötürür, fil sürüləri isə tanıdıqları fillərə xüsusi salam verirlər.
Tərcümə etdi: Sona Osmanova
Mənbə: Onedio
