Bu gün:

Göy qurşağı nəyi simvolizə edir?


Göy qurşağı, leysandan sonra yaranaraq sülh və yenidən doğulmağı simvolizə edən təbiət hadisəsidir. Bu simvolizm yunan mifologiyasında, İncil'də və metafizik yazılarda xatırlanır. Göy qurşağının ən çox görünən rənglərinə qırmızı, sarı, mavi və bənövşəyi daxildir ki, bu da gözəl bir vizual səhnə yaradır.

Yəhudi-xristian ənənələrində göy qurşağının görünməsi Tanrının dünyanı yenidən daşqınla məhv etməyi planlaşdırmadığının əlaməti hesab olunur. Buddist ənənəsində isə göy qurşağı digər tərəfə keçməzdən əvvəl çatıla biləcək ən yüksək mənəvi mövqe kimi qəbul edilir. Göy qurşağı tez-tez "yuxarıdan" bir işarə kimi dəyərləndirilir, xüsusilə günəşli və yağışsız bir gündə görünəndə. Ancaq bəzi digər mədəniyyətlərdə göy qurşağı pis əlamət sayılır. Məsələn, Bolqarıstanda qədim irfanda deyilir ki, göy qurşağı altında gəzən şəxs cinsiyyətini dəyişir, Birmada isə qədim əfsanələrdə göy qurşağı şeytani bir varlıq olaraq təsvir edilir.


Tərcümə etdi: Sona Osmanova

Mənbə: 411answers

Paylaş
Şərh əlavə et