Bu gün:

Yeniyetməlik dövründə depressiya


Yeniyetmə dövründə depressiya, həm fiziki, həm də emosional dəyişikliklərin sürətlə baş verdiyi bir mərhələ olduğu üçün xüsusi bir əhəmiyyət daşıyır. Bu dövrdə gənclər öz şəxsiyyətlərini tapmağa çalışır, cəmiyyətin və ailənin gözləntilərinə uyğunlaşmağa çalışır, bu isə onlarda əlavə təzyiq yarada bilər: sosial təzyiqlər, akademik yük, ailə münaqişələri, dostlar arasında problemlər, şəxsiyyət axtarışında yaşanan çətinliklər, fiziki dəyişikliklərlə bağlı narahatlıqlar və s.

Yeniyetmə depressiyasının əlamətləri uşaqlardan fərqli olaraq bir az daha mürəkkəb ola bilər:


Davamlı kədər və ümidsizlik hissi

Əvvəl sevilən fəaliyyətlərə marağın azalması

Yorğunluq və enerji azlığı

Özünə inamın azalması

İntihar düşüncələri və özünə zərər vermə meyilləri


Yeniyetmələrin əksəriyyəti bu dövrdə özlərini ifadə etməkdə çətinlik çəkir, ona görə də valideynlər, müəllimlər və yaxın dostlar onların dəyişikliklərini izləyərək daha diqqətli olmalıdır. Bu yaş qrupunda depressiya təbii bir dövrə uyğunlaşma prosesi kimi düşünülməməlidir. Əgər vaxtında dəstək göstərilərsə, gəncin psixi sağlamlığı bərpa oluna bilər və o, gələcəkdə daha güclü və özünə güvənən bir şəxsiyyət kimi inkişaf edə bilər.


Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et