Bu gün:

Fillər məhkəməyə müraciət edə bilər


"Bir fil zooparkı tərk etmək üçün məhkəməyə müraciət edə bilərmi?" Koloradonun ali məhkəməsi bu məsələ ilə bağlı qərar çıxarmağa hazırlaşır.

Missy, Kimba, Lucky, LouLou və Jambo adlı beş fil Koloradoda əsas müzakirə mövzusuna çevrilib. Ali məhkəmənin verəcəyi qərar heyvan hüquqları təmsilçilərinin lehinə olarsa, fillər "şəxs" statusu alacaq və bu da onlara gələcəkdə zooparkı tərk etmək üçün məhkəməyə müraciət etmək hüququ verəcək.

Qeyd edək ki, fillər zooparkın dar ərazisində uzun müddət yaşadıqları üçün onlarda beyin zədələnməsi müşahidə olunub. Bu səbəbdən, onların zooparkdan çıxarıldıqdan sonra vəhşi təbiətə buraxılması mümkün hesab edilmir.


Mənbə: AP News

Tərcümə edən: Səidə Abasova


Paylaş
Şərh əlavə et