Bu gün:

Qütb ayıları daha çox patogenlərlə üzləşir


Qütb ayıları, dəyişən və istiləşən dünyada, xüsusilə qış aylarında yaşadıqları buzlu yaşayış sahələrinin azalması ilə artan çətinliklərlə qarşılaşır. Bununla yanaşı, mikroblar və parazitlərlə infeksiya riski də arta bilər. Tədqiqatçıların 23 oktyabrda "PLOS ONE" jurnalında dərc etdikləri hesabatda, Alaska yaxınlığında yaşayan qütb ayılarının bir neçə on il əvvələ nisbətən beş fərqli patogenə daha çox məruz qaldığı qeyd olunur. Anchorage'dakı ABŞ Geoloji Tədqiqatlar İdarəsinin Alaska Elm Mərkəzindən vəhşi həyat biologu Karyn Rode bunu belə izah edir:

"Patogenlər, qlobal istiləşmə ilə daha əvvəl yaşaya bilmədikləri mühitlərə uyğunlaşmağa başlayır".

Patogenlər, bütün qida zəncirinə təsir edir. Rode bəzi qütb ayılarının ovlanaraq insanlar tərəfindən yeyildiyini qeyd edir, lakin bu patogenlərin insanlara yoluxma riski olub-olmadığını anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayır.


Mənbə: Evrim Ağacı

Tərcümə edən: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et