
Həyatımızda elə bir şey var ki, bir dəfə getdikdən sonra bir daha geri qaytara bilməyəcəyik. Mən pul və maddi şeylərdən danışmıram; vaxtdan danışıram. Bu unikal konsepsiya, unikal ideyadır, çünki düzgün istifadə edildikdə uğur, xoşbəxtlik, böyümə, firavanlıq — istədiyimiz hər şeyin tərkib hissələrini ehtiva edir.
Həqiqət budur ki, hər səhər oyanırsınız və bir daha geri dönməyəcək anlar yaşayırsınız. Bu, sizə verilən hədiyyəni qəbul etmək üçün yeganə fürsətinizdir. İndiki andan daha vacib və mükəmməl bir an yoxdur — nə bir həftə sonra, nə yüksəlişdən sonra, nə də təqaüdə çıxıb istirahət etməyi planlaşdırdığınız illərdə.
Elə bir zehniyyət var ki, gələcəyin indiki zamandan daha mənalı olacağını düşünürük. Əgər biz indi əzab çəkiriksə və ya indi bədbəxtiksə, həyatda ən yaxşı şeyləri başqa vaxta saxlayırıq. Amma həqiqət budur ki, biz cavanlaşmırıq.
Ola biləcəyiniz ən yaxşı versiyanız olun. Heç vaxt buludların və ya yağışın sizi hədiyyənizdən məhrum etməsinə imkan verməyin. Yaşamaq istədiyiniz həyatı yaşayın.
Mənbə: Evrim Ağacı
Tərcümə edən: Fatimə Hüseynova
