Sosial ünsiyyət pozulması adından da göründüyü kimi, fərdlərin sosial kontekstlərdə dili öyrənmək və tətbiq etməkdə ciddi çətinliklərlə üzləşdiyi inkişaf pozulmasıdır. Bu əvvəlcə dil və sosial qarşılıqlı əlaqədə çətinliklərlə özünü göstərir, lakin diqqətlə araşdırıldığında çox daha mürəkkəb bir mənzərə ortaya çıxır.
Məsələn, uşaq gündəlik söhbətləri başlatmaqda və ya davam etdirməkdə çətinlik çəkirsə, bu, sadəcə sosial bacarıqların olmaması kimi qəbul edilməməlidir. Bunun arxasında duran səbəblər daha dərin ola bilər: Dilin sosial normalara uyğun olaraq necə formalaşması və istifadə edilməsi ilə bağlı idrak çaşqınlığı ola bilər. Bu isə uşaqların özünü ifadə etmə tərzində aşkar fərqlər yaradar.
Sosial ünsiyyət pozulması fərdlərin sosial qarşılıqlı əlaqə və ünsiyyətdə yaşadığı çətinliklərlə xarakterizə olunan kompleks bir xəstəlikdir. Bununla belə, bu vəziyyəti müalicə etmək üçün yanaşmalar fərdlərə sosial dünyalarında tarazlığı bərpa etməyə kömək edər. Məsələn, musiqiçi alətində düzgün ifa etməyi öyrəndiyi kimi, sosial ünsiyyətdə çətinlik çəkən fərdlərin də bu bacarıqları öyrənməsi və inkişaf etdirməsi mümkündür. Bunun müalicəsi fərdin sosial mühitində daha rahat və effektiv olmasını təmin etmək üçün xüsusi hazırlanmış müalicələrlə dəstəklənir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
