Bu gün:

Tarlada tapılan sikkələr milyon dollara satılır


İngiltərənin cənub-qərbindəki bir fermer tarlasında Staples adlı şəxs və onun altı dostu, təxminən 1000 ildir torpaqda qalmış 2500-dən çox gümüş sikkə tapıblar. Sikkələr 5,6 milyon dollar və ya 4,3 milyon ingilis funt sterlinqi dəyərində qiymətləndirilir və dəfinənin muzeyə göndərilməsi planlaşdırılır. Həmin sikkələrin Normanların İngiltərəni zəbt etməsinin təlatümlü nəticələrini işıqlandırmağa kömək edəcəyi düşünülür.



“İlin tapıntısı” adlandırılan dəfinənin bu ilin noyabr ayında Britaniya muzeyində nümayişə çıxarılması gözlənilir. 

 

Mənbə: CBS News 


Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et